Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10

Azərbaycanın bəzi ərazilərində qar yağacaq


-
Bakı və Abşeron yarımadasında fevralın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, gecə 3-5, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 1-6, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG