Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:00

Hugo Chavez-in fotoları yayılıb



Venesuela hökuməti fevralın 15-də iki aydan çoxdur xərçəngdən əməliyyat olunmuş və müalicəsi davam edən prezident Hugo Chavez-in fotolarını yayıb. Fotolarda çarpayıda uzanmış gülümsəyən prezident və yanında olan qızları əks olunur.

Fevralın 15-də dövlət televiziyası ilə nümayiş olunan başqa bir fotoda Chazvez-in qəzet oxuduğu görünür.

Hökumət fotoların fevralın 14-də çəkildiyini bildirir.

58 yaşlı Hugo Chavez son 18 ayda dörd dəfə xərçəngdən əməliyyat olunub. O, sonuncu dəfə keçən il dekabrın 11-də əməliyyat edilib və o vaxtdan da prezidentdən səs-soraq yox idi.

Rəsmilər bildirirlər ki, boğazına süni nəfəs borusu yerləşdirildiyindən Chavez-in danışması hələlik mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG