Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:13

Rusiya gürcü deputatı axtarışa verdi



Rusiyanın Daxili İşlər Nazirliyi fevralın 15-də Gürcüstan parlamentinin deputatı Givi Targamadzeni axtarışda olan şəxslər siyahısına salıb. Targamadze Rusiyada kütləvi iğtişaş salmaqda ittiham edilir.

Gürcüstanın Baş prokurorluğu bildirib ki, deputatı Rusiyaya verməyəcəklər. Çünki Gürcüstan konstitusiyası ölkə vətəndaşını bir başqa dövlətə verməyi qadağan edir.

Keçən ilin oktyabrında Kremlə yaxın olan telekanal Targamadzenin Rusiya müxalifətinin fəallarından olan Sergei Udaltsov-la görüşərək Moskvada etiraz aksiyasının təşkilini müzakirə etmələrinə dair sənədli film yayıb.

Bundan sonra Udaltsov də daha iki müxalifət fəalına qarşı 2012-ci ilin mayında Moskvada zorakılıqlarla müşayiət olunan etiraz aksiyası təşkil etmək ittihamı irəli sürülüb. Amma həm Rusiya müxalifətçiləri, həm də gürcü deputat ittihamları rədd edir.
XS
SM
MD
LG