Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:50

ABŞ İranı müxalifət liderlərini həbsdə azad etməyə çağırır



İranda iki ildir ev dustağı kimi saxlanan iki müxalifət liderinin azad olunması barədə beynəlxalq çağırışlara ABŞ da qoşulub. ABŞ Dövlət Departamenti qeyd edir ki, müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi indiyə qədər hər hansı cinayətə görə məhkum olunmayıb. Musəvinin xanımı, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Musəvinin xanımı Zəhra Rahnavard da ev dustağı edilib.

Musəvi və Kərrubi 2009-cu ildə keçirilən prezident seçkisində namizəd olublar. İndiki prezident Mahmud Ahmadinejad-ın qalib elan edildiyi həmin seçkinin saxtalaşdırılması ittihamı ilə kütləvi etiraz aksiyaları keçirilib.

Bu ilin iyununda İranda yeni prezident seçkisi keçiriləcək. ABŞ Dövlət Departamenti həmin seçki ərəfəsində siyasi partiyaların bağlanması, liderlərinin həbsi ilə müşayiət olunan hadisələrdən narahat olduğunu bildirib.

Bu yaxınlarda Avropa Birliyi də Tehranı Musəvi və Kərrubinin üzərindən ev dustaqlığının dərhal qaldırılmasına çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG