Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31
-
Avropa Birliyinin Azərbaycan ofisinin və Birliyə daxil olan 9 ölkənin səfirlik nümayəndələri Naxçıvanda 2 günlük səfərdədirlər.

Onlar bir neçə nazirlik və komitə rəhbərləri ilə görüş keçiriblər.

Səfirlik nümayəndələri Naxçıvan Resurs Mərkəzinə də baş çəkib hüquq müdafiəçiləri ilə görüşüblər. Hüquq müdafiəçisi Elman Abbasov deyir ki, görüşdə, əsasən, Naxçıvanda insan haqları məsələsi müzakirə olunub:

«Görüşdə hüquq müdafiəçiləri İlqar Nəsibov, Məlahət Nəsibova, Həkimeldostu Mehdiyev və mən iştirak edirdik. Biz muxtar respublikadakı vətəndaş cəmiyyətinin, insan haqlarının vəziyyətini, sahibkarların həbsi və digər məsələləri müzakirə etdik. Qonaqlar həbs olunan sahibkarlar Məmməd Qurbanov və Nadir Məmmədovun ailə üzvləri ilə də görüşüb, onları dinlədilər. Səfirlər bildirdilər ki, həbsdə olan sahibkarlarla görüşmək üçün Naxçıvan MR Ədliyyə Nazirliyinə müraciət ediblər».

Nümayəndələr fevralın 15-də Bakıya qayıdacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG