Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:37
-

Azadlıq Radiosunun "Oxu zalı"nda ədəbiyyat viktorinasını bərpa edirik.

Aşağıdakı suala qarşıdakı 1 həftə ərzində hamıdan tez cavab verən oxucu İPod Shuffle ilə mükafatlandırılacaq:

Bu, hansı əsərdəndir?

"- Mən bu ətrafda ən qoca çaqqalam. Bu yaşımda sizi burda salamlamaq imkanı qazanmağımdan çox məmnunam. Az qala ümidimi tamam itirmişdim. Biz sizi lap çoxdan gözləyirik. Sizi vaxtilə mənim anam da gözləyib, onun anası da, ondan əvvəllkilər də - ta bütün çaqqalların anasına qədər. İnan mənə!

- Təəccüblüdü, - dedim və birdən yadıma düşdü ki, çaqqalları hürkütmək üçün əlimin altında hazır saxladığım odunu yandırmağı unutmuşam. – Bütün bunlar mənə təəccüblü gəlir. Mən qısamüddətli səfərdəyəm və uzaq şimaldan bura təsadüfən gəlib çıxmışam. Sizə nə lazımdı, ay çaqqallar?

Yəqin ki mənim bu xoş sözlərimdən ruhlanan çaqqallar ətrafımdakı dövrəni daha da sıxlaşdırdılar. Tez-tez və fısıltıyla nəfəs alırdılar.

- Biz də bilirik ki, - ən qoca çaqqal sözə başladı, - sən şimaldan gəlmisən, biz ümidimizi elə buna bağlamışıq. Şimalda ağıl hökmrandır, o şey ki, onu burda, ərəblər arasında çətin tapasan”.


Bizi izləyin, qalib burada elan ediləcək.

Cavabınızı bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Günün bütün mövzuları

XS
SM
MD
LG