Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:46
-
Prezident İlham Əliyev fevralın 15-də Asif Məmmədovu Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

İlham Əliyev başqa sərəncamla Asif Ağayevi Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edib.

Bu günlərdə Şamaxıda bir qrup fəal icra başçısının istefası tələbilə aksiya keçirmək üçün icra hakimiyyətinə müraciət etmişdi. Aksiya fevralın 20-ə təyin edilmişdi.

Bu haqda AzadlıqRadiosuna kiçik sahibkar Əzizbaba Fətullayev məlumat verib. O bildirib ki, Şamaxıda sosial vəziyyət ağırdır, iş yerləri yoxdur:

«Şamaxının 157 küçəsindən 3-də gediş-gəliş rahatdır. Qalan yollarda maşın hərəkət edə bilmir. Şamaxıda 3 zavod açılıb deyirlər. Ancaq yenə də iş yeri yoxdur. Şamaxı camaatı zülmlə yaşayır. Bütün torpaqlar qıraqdan gələnlərə satılıb. Bizə yaşamağa, işləməyə yer yoxdur. Buna görə də mitinq təyin etmişik».

Aksiyanın təşkilatçıları deyirlər ki, başçının işdən çıxarılmasından sonra etiraz mitinqinin keçirilməsi haqda qərara yenidən baxacaqlar.

AzadlıqRadiosunun bölgə müxbiri xəbər verir ki, fevralın 15-də saat 18-də Şamaxı İcra Hakimiyyətində iclas keçirilməsi gözlənir.

Şərhləri göstər

XS
SM
MD
LG