Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

Müxalif fəallar məhkəmə cəriməsini ödəməyəcək


Bakıda etiraz aksiyası - 12 yanvar 2013

Bakıda etiraz aksiyası - 12 yanvar 2013

-
Bir qrup fəal etiraz aksiyalarında onlara kəsilən cərimələri ödəməkdən imtina etməklə vətəndaş itaətsizliyi kampaniyasına başladığını bəyan edib.
On nəfərin adından imzalanan bəyanatda deyilir:

“Toplaşmaq azadlığının demokratik cəmiyyət üçün önəmini nəzərə alaraq biz bu cərimələri ödəməkdən imtina etməklə vətəndaş itaətsizliyi kampaniyasına başladığımızı elan edirik. Məqsədimiz Konstitusiyamıza və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə zidd olan normaların qanunvericilikdən çıxarılmasına nail olmaqdır”.

Bəyanatı Cəmil Hacıyev, Əbülfəz Qurbanlı, Gözəl Bayramlı, Xədicə İsmayıl, Rəşad Həsənov, Tural Abbaslı, Turqut Qəmbər, Ülvi Həsənli, Zaur Qurbanlı və Ziya Bayramov imzalayıb.
Həmin şəxslər bu il yanvarın 12-də, 26-da Bakıda keçirilmiş dinc aksiyaların iştirakçılarıdır.

Onlar həmin aksiyalarda zorakılığa və qanuna zidd hərəkətlərə yol vermədikilərinu, aşırı güc tətbiq olunmaqla polis tərəfindən saxlandıqlarını və məhkəmə qərarı ilə yüksək məbləğdə cərimələndiklərini bildirirlər.

Cərimələr belədir:
Turqut Qəmbər (“N!da” VH) - 3000 manat;
Gözəl Bayramlı (AXCP) - 2000 manat;
Ziya Bayramov (“N!da” VH ) – 600 manat.
Tural Abbaslı (Müsavat GT) - 600 manat;
Rəşad Həsənov (“N!da” VH) - 600 manat;
Ülvi Həsənli (AGT) - 600 manat;
Zaur Qurbanlı (“N!da” VH) – 550 manat;
Cəmil Hacıyev (ADP) - 500 manat;
Əbülfəz Qurbanlı (AXCP GK) - 500 manat;
Xədicə İsmayıl - 400 manat;

Aksiyada başqa dinc iştirakçılar də yüksək məbləğdə cərimələniblər.
Bu il paytaxtda keçirilən aksiyada yüksək cərimələrin ödənilməsi üçün "5 qəpik" kampaniyası keçirilib. Bəzilərinin cəriməsi ödənsə də, bir neçə nəfər apelyasiya şikayəti verib. Ancaq məhkəmə onların şikayətini təmin etməyib.
Ötən il parlament razılaşdırılmamış aksiyalarda iştiraka və təşkilatçılığa görə cərimələri dəfələrlə artırıb. Beynəlxalq qurumlar bunu tənqid ediblər.

Şərhləri göstər

XS
SM
MD
LG