Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:27

Firidun bəy Köçərlinin 150 illik yubileyi qeyd ediləcək


Firidun bəy Köçərli
Firidun bəy Köçərli
-
Prezident İlham Əliyev Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifçi, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Xəbəri Mədəniyyət və Turizm İdarəsinin saytı yayıb.
Sərəncamda deyilir ki, Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkədə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir.
Sərəncamda Milli Elmlər Akademiyasına Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Firidun bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilmək tapşırılıb.
Xatırladaq ki, Firudin bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşada doğulub.
1876-cı ildə Şuşadakı rus məktəbində oxuyub.
1879-1885-ci illər ərzində Qori Müəllimlər Seminariyasında təhsil alıb, 1895-1918-ci illərdə dərs deyib.
O, 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunub.
1918-1920-ci illərdə öz təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri olub.
Firidun bəy Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən “zəhmətkeş xalqa zorakılıq göstərdiyinə” görə 1920-ci ildə 58 yaşında güllələnib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG