-
Fevralın 15-də səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətində meteor yağışı adlanan təbiət hadisəsi baş verib.
Meteorit parçaları - bolidlərin böyük hissəsi atmosferdə yansa da, bir meteor parçası yerə düşüb.
Çelyabinsk vilayətinə düşən meteorun zərbəsi ərazidə yerləşən sink zavodunun divarlarını dağıdıb.

AzadlıqRadiosu rus xidmətinin məlumatına görə, hadisə zamanı ərazidə olan binalarının pəncərələri qırılıb.
Rusiyanın Çelyabinsk vilayətində meteorit qırıntılarının vurduğu ziyan təxminən 13 milyon dollar məbləğindədir.
Regionun rəhbəri Mikhail Yurevich xəstəxana və sosial obyektlər də daxil olmaqla təxminən 4500 ev və tikiliyə zərər dəydiyini deyir.
Son məlumatda təxminən 1200 nəfərin xəsarət aldığı və onlardan 50-dən çoxunun xəstəxanaya düşdüyü bildirilir.
Bərpa və axtarış əməliyyatlarına yerli və gəlmə könüllülər də qoşulub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, əsas ziyan Çelyabinsk, Kopeysk, Korkino şəhərləri, habelə bir çox qəsəbə və kəndlərə dəyib.
Meteorit yağışını cümə günü səhər Tümen, Sverdlovsk, Çelyabinsk, Kurqan və Başqırdıstan regionunun sakinləri müşahidə edib.
Rusiya Fövqəladə Hallar Nazirliyi regionda radiasiyanın normada olduğunu bildirir.