Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:56

Ali məktəblərə qəbul imtahanlarının tarixləri məlum olub


Arxiv foto
Arxiv foto
-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb.
APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ilk imtahan III ixtisas qrupu üzrə keçiriləcək.
Belə ki, I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 21-də, II ixtisas qrupu üzrə qəbul imtahanı avqustun 3-də, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də, IV ixtisas qrupu üzrə qəbul imtahanı isə iyulun 28-də keçiriləcək:

“Bu, hələlik layihə şəklindədir. Qəbul imtahanlarının tarixləri müvafiq qurumlarla dəqiqləşdirilib. Hava şəraiti və ya digər səbəblərdən imtahan tarixində dəyişiklik ola bilər. Ötən il də qəbul imtahanlarının tarixini əvvəldən elan etsək də, sonradan buraxılış imtahanları ilə əlaqədar tarixlər dəyişdirildi. İmtahanların tarixi əks olunan cədvəl gələn həftədən TQDK-nın saytında veriləcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG