Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43
-
60-a yaxın vətəndaş cəmiyyəti institutu QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər layihəsi ilə bağlı deputatlara müraciət edib.
Müraciət müəllifləri deputatları fevralın 15-də Milli Məclisdə müzakirə olunacaq QHT-lərin fəaliyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə, "QHT-lər " və "Qrantlar haqqında" qanunlara dəyişikliklər layihəsinə səs verməməyə çağırırlar.
Bəyanatı imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri hesab edirlər ki, təklif olunan dəyişikliklər qəbul olunacağı halda bir çox QHT-lərin borc öhdəlikləri yaranacaq və onların maliyyə vəziyyəti daha da pisləşəcək.
Fevralın 6-da Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsində İnzibati Xətalar Məcəlləsinə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna ("QHT-lər haqqında" Qanun) və "Qrantlar haqqında" Qanuna dəyişikliklər layihəsinin vahid paketinə baxılıb və layihə parlamentin plenar iclasına tövsiyə edilıb.
İnzibati Xətalar haqqında qanuna təklif edilən dəyişiklikdə qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətləri qeydiyyat üçün vaxtında Ədliyyə Nazirliyinə təqdim olunmadığı halda vəzifəli şəxslərin 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslərin 5 min manatdan 7 min manata qədər cərimə olunması təklif edilir.
Həmçinin, Məcəlləyə əlavələrdə təklif edilir ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək miqdarda cərimə olunsun.
Bundan başqa təklif olunur ki, yalnız nizamnaməsində əsas məqsədi xeyriyyəçilik kimi göstərilmiş QHT-lər 200 manatadək ianəni nağd formada ala bilər.
Layihə müəllifləri belə bir sənədin hazırlanmasını QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması ilə izah edirlər.
XS
SM
MD
LG