Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:21

Azərbaycanda məmurların icazəsiz çəkilişi qadağan edilə bilər


Azərbaycanda məmur, deputat və digər ictimai-siyasi xadimlərin şəxsi həyatları və görüşlərinin gizli cəhətlərinin onların razılığı olmadan video, audio və foto lentə alınmasını qadağan edən xüsusi qanun layihəsi hazırlanır.

Bununla bağlı cəza da tətbiq olunacağı gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, qanun layihəsi üzərində iş Konstitusiyanın 32-ci maddəsinə uyğun olaraq aparılır.
Bu müddəa Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən son referendumunda salınıb.

Qanun qəbul olunacağı təqdirdə Cinayət və İnzibati Xətalar məcəllələrinə də əlavələr olunması nəzərdə tutulur.

Layihənin bu il parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG