Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:32

Mətbuat Şurası kiberləşir - [Video]


-

«Bloqçular jurnaslitdirmi?» sualı yenidən gündəmə gəlir.

Bu günlərdə xəbər yayıldı ki, Mətbuat Şurası ancaq mətbuatla kifayıtlənmir.

İndi internet media resursları da bu qrurumn diqqətində olacaq.

Xəbərə əsasən, Mətbuat Şurasının internet komissiyası veb-saytlardan gələn şikayətləri araşdıracaq.
İnternet komissarlığı, yoxsa Azərbaycan mediasına yardım cəhdi?
Veb-sayt reketçisi titulunu alanlar olacaqmı?
Facebook-dan birbaşa şərh yaz

Mətbuat Şurası bloqçulara da nəzarət edəcəkmi?
Yeni komissiyanın üzvü Müşfiq Ələsgərli və teleqraf.az saytının redaktoru Nicat Dağlar AzadlıqFM-də bu haqda danışıblar:
Müşfiq Ələsgərli:
- Yeni yaradılan təşkilatın əsas məqsədi internetə nəzarət deyil. Bəzi adamlar belə yozurlar bu təşkilatın məramını. Amma məqsədimiz zərurətdən yarandı…
- Bəzi internet media quruluşları bizə internetdə etik pozuntularla bağlı müraciətlər ediblər. Biz bu müraciətlərə hələki baxa bilmirik. Amma günün tələbi var və biz çalışacağıq bu şikayətlərə baxaq.
- Son illərdə Azərbaycan internet saytlarının dağıdılması faktları var. Sayt redaktorları tez-tez Mətbuat Şurasına haker hücumlarıyla bağlı müraciət edirlər. Biz də çalışırıq belə hallarda dövlət qurumlarıyla işləyib belə problemləri həll edək.
Emin Hüseynov:
- Bu qurum görüntüdür və arxasında hökumət durur. Əsas məqsədləri internetə nəzarət olacaq. Amma biz də çalışacağıq ki, hakimiyyətin gələcəkdə internetə nəzarətinə manə olaq.
- Mətbuat Şurasının yaratdığı bu qurum söz azadlığının düşmənidir.
- Peşə etikasını əlində bayraq tutan Mətbuat Şurası hakimiyyəti tənqid edən KİV-i istənilən vaxt rekert qəzet siyahısına sala bilər. Əlavə olaraq peşə etikasını pozan insanların özü Mətbuat Şurasında təmsil olunanlardı.
- Mən əminəm ki, bu təşkilat internetdə ifadə azadlığını məhdudlaşdıracaq addımlar atacaq.

Mehman Əliyev:

- Mətbuat Şurası indiyədək jurnalistlərin hansı problemini həll edib? Heç birini... Ona görə də yeni yaradılan qurum da heç bir problemi həll edə bilməyəcək. Qəzetlərin reklam bazarında, çapında, yayımında problemlər indiyədək qalıb. Mətbuat Şurası həll edə bilibmi bu problemləri?

Daha ətraflı dinləmək üçün:

Şərhləri göstər

XS
SM
MD
LG