Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:52

«Gəlin karvanı yol hərəkatı qaydasını pozur»


Arxiv foto
Arxiv foto
-

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı sakinlərinə müraciət edib ki, gəlingətirmə mərasimində avtomobillərin sayını azaltsınlar. İdarənin şöbə rəisi Kamran Əliyev AzadlıqRadiosuna açıqlamasında deyib:

«Toy sahiblərinə müraciət etmişik ki, şəhərdəki nəqliyyat sıxlığını nəzərə alıb, bu karvanlarda iştirak edən avtomobillərin sayını minimuma endirsinlər. 10-15 maşının iştirakının nə mənası var? Bu narahatçılıq, digərlərinə təhlükə törətməkdən başqa bir işə qulluq etmir».

«Gördün, düz gəlin maşını ilə yanbayan gedirdim, lap yaxınlığında», «ehh, sona qədər yaxşı gəlmişdik, ancaq gəlin maşını keçən kimi işıqforun qırmızısı yandı, mən qaldım, o keçdi», – sözlərini tez-tez eşitmirikmi? «Gəlin karvanı» çox vaxt «kim-kimi ötər?» yarışına çevrilmirmi?

BƏS KEÇMİŞDƏ – AVTOMOBİL ÇAĞINDAN ÖNCƏ VƏZİYYƏT NECƏ OLUB?

Kamran Əliyev
Kamran Əliyev
Keçmişdə qızı evdən aparanda geri qayıtmasın deyə arxasınca daş atarmışlar. «Azərbaycan toyu: toy mədəniyyətimizin bələdçisi» kitabının müəllifi, sənətşünas Elçin Aslanovun fikrincə, bunun bir başqa yolu da qızı atın belinə qoyub dolanbac yollarla aparmaqmış:

«Beləcə, evin yolunu unudur. Elə o vaxtdan qalan adətdir ki, bu gün də qızı aparanda maşına qoyub bütün şəhəri gəzdirirlər. Gəlin maşınını da keçmişdəki kimi atlar yox, avtomobillər müşayiət edir. Əslində, adəti saxlamaq lazımdır. Ancaq indiki durumda qəribə görünür: şəhərdə tıxac yaranır, yol hərəkəti pozulur və s. və i.a. O üzdən bu adətin saxlanmasının tərəfdarı deyiləm».

POLİS MÜRACİƏTİNİN XEYRİ OLUBMU?

Kamran Əliyevin fikrincə, hələ ki: «Başa düşən düşür, düşməyənə isə heç müraciət də xeyir etməz. Çoxları gəlin karvanında olmağı xüsusi imtiyaz hesab edib ötüşə çıxır, nə bilim, qırmızıda keçir. Heç kim bəy-gəlin avtomobilindən geri qalmaq istəmir. Bir də görürsən gəlin maşını keçir, o birilər keçə bilmir. Digər tərəfdən gələnlər də görmür, qəza törənir. Yolun hərəkət istiqamətini tuturlar. Asta sürətlə gedir, arxadan gələn nəqliyyatın hərəkətinə mane olurlar».
XS
SM
MD
LG