Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:39

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda təqiblərin davam etdiyini bildirir


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi
-
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi 2012-ci ildə mətbuata hücumlarla bağlı illik hesabatını yayıb.

Hesabatın Azərbaycana aid hissəsində ölkədə jurnalist və yerli fəallara qarşı hücum və təqiblərin davam etdiyi bildirilir.

Xüsusilə də Bakıda keçirilən «Eurovision-2012» mahnı müsabiqəsi və İnternet İdarəçilik Forumu zamanı etirazların zorakılıqla boğulduğu qeyd edilir.

Hesabatda daha sonra hakimiyyəti tənqid edən azı 9 jurnalistə xuliqanlıq, dələduzluq və narkotik maddələr saxlamaq da daxil olmaqla müxtəlif ittihamlar irəli sürüldüyü bildirilir.

Jurnalistləri Müdafiə Komitəsi bu ittihamların hamısını qondarma və əsassız sayır.

Bundan başqa, hesabatda İdrak Abbasov da daxil olmaqla bir sıra müstəqil jurnalistin döyüldüyü, bu hücumların arxasında duran polis və təhlükəsizlik qüvvələrinin isə cəzasız qaldıqları qeyd edilir.

Həmçinin, hakim ailənin böyük biznes maraqlarından yazan jurnalist Xədicə İsmayılovaya qarşı «mənfur» kampaniya aparıldığı, rəsmi kütləvi informasiya vasitələrində onun şərəf və ləyaqətinə qara yaxıldığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG