Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:18

Azərbaycan peykinə həsr olunan marka buraxılıb


«Azərmarka» şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markasını dövriyyəyə buraxıb.

Bu barədə «Azərmarka» şirkətinin Filateliya və Redaksiya şöbəsinin müdiri Əjdər Məmmədov Azadlıq Radiosuna məlumat verib.

Markalar 20 min tirajla Belarusda çap edilib, nominal dəyəri 1 manatdır.

Üzərində ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı ötürən peyk, «Azərkosmos» ASC-nin loqosu və yeni binası, habelə «Azərbaycanın ilk telekommunikasiya peyki» yazısı təsvir olunub.

Azərbaycanın ilk telekommunikasiya peyki «Azerspace-1» fevralın 8-də Bakı vaxtı ilə saat 01:36-da Cənubi Amerikada yerləşən Fransa Qvianasının Kuru Kosmodromundan Fransanın «Arianespace» şirkətinin «Ariane 5» raket daşıyıcısı vasitəsilə qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG