Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19

Mətbuat Şurasında internet-media ilə bağlı komissiya yaradılıb


Azərbaycan Mətbuat Şurasında xəbər saytları və portallarla bağlı komissiya yaradılıb.

APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ölkədə internet xəbər resurslarının sayı artır və mövcud reallıqlar şuranın bu istiqamətdə fəaliyyət göstərməsini diktə edir. O deyib ki, komissiya onlayn mediadan gələn şikayətləri araşdırılacaq, internet səhifələrinə haker hücumlarını və onlayn media ilə bağlı məsələləri araşdırmağı öz üzərinə götürəcək.

Ə. Amaşov qeyd edib ki, komissiyanın fəaliyyətinin ümumi konsepsiyasının da hazırlanması nəzərdə tutulub:

«Artıq portallardan 30-a yaxın müraciət daxil olub və onlar Mətbuat Şurasının üzvü olmaq istəyirlər. Hər il internet mediasından Mətbuat Şurasına daxil olan şikayətlərin sayı da artır. Əgər 2011-ci ildə şuraya 7 şikayət daxil olmuşdusa, 2012-ci ildə 20 şikayət almışıq. Bu həftə ərzində komissiyanın ilk iclası keçirilərək şikayətlər araşdırılacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG