Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:27
Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndinin 78 yaşlı sakini Rəcəb Rəcəbov fevralın 12-də məişət zəminində keçmiş həyat yoldaşı, bir il əvvəl boşandığı 70 yaşlı Sona Rəcəbovaya ağır bıçaq xəsarəti yetirib.

Daha sonra o, oğlu, 1978-ci il təvəllüdlü Rasim Rəcəbovu bıçaqlayıb. Sonra isə əlindən bıçağı almağa çalışan gəlini Yasəmən Rəcəbovanın başına tava ilə zərbə endirib.

S. Rəcəbova və R. Rəcəbov Xaçmaz rayon xəstəxanasına aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, faktla bağlı qəsdən iki və daha çox insanı öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Rəcəb Rəcəbov saxlanılıb, istintaq aparılır.
XS
SM
MD
LG