Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32

Əli Həsənov: «Prezidentə məmurların fəaliyyəti ilə bağlı daxil olan şikayətlərin sayı artıb»


Mətbuat icmalı

Mətbuat icmalı

-


RAMİZ MEHDİYEVİN YOXLUĞUNUN ŞOKU

«Azadlıq» qəzeti yazır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son müşavirədə görünməməsi müxtəlif mülahizələrə səbəb olub.

Qəzet yazır ki, «doğrudur, müşavirədən sonra Ramiz Mehdiyevin məzuniyyətdə olduğu bildirildi. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, Ramiz Mehdiyev fevralın 15-də məzuniyyətdən qayıdacaq. Lakin bu hakimiyyətin siyasi xəttini yönətən bir şəxsin mühüm bir tədbirdə iştirak etməməsinin gerçək səbəblərini gizləməyə hesablanmış cəhd kimi dəyərləndirilir. Məlumatlara görə, hətta müşavirə iştirakçıları PA rəhbərini tədbirə qatılmamasını heyrətlə qarşılayıb. Bu baxımdan ehtimal olunur ki, Ramiz Mehdiyevin tədbirə qatılmaması hakimiyyət daxilində gedən ziddiyyətlərlə əlaqədardır».

«CƏNAB PREZİDENTİN QOYDUĞU TƏLƏBLƏR HAMIYA AİDDİR, CİDDİ GÖSTƏRİŞDİR»

«Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini dərc edib.

Əli Həsənov deyib ki, «cənab Prezidentin özünə və Prezident Administrasiyasına məmurların fəaliyyəti ilə bağlı daxil olan şikayətlərin sayı artıb. Şikayətlərdə, o cümlədən ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlarda daha çox ayrı-ayrı şəxslərin fəaliyyətindən narazılıq ifadə edilir. Həmin şikayət və məlumatlardan aydın olur ki, məmurların bir çoxunun, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin davranışında, insanlara münasibətində müəyyən naqis hallar var. Prezident İlham Əliyev müşavirədə bunu xüsusi qeyd etdi, nöqsanları, naqis halları göstərdi. Cənab Prezident hesab edir ki, bütün bunlar dövlət qulluqçusu, vəzifəli şəxs, vəzifə daşıyan bir insanın ümumi məsuliyyətinə və davranışına uyğun deyil. Çünki belə hallar məmurların davranışının məqbul olmaması fikri yaradır. Ona görə də dövlət başçısı belə bəyanatlar verdi.

Bu yalnız bəyanat deyil, eyni zamanda cənab Prezidentin mərkəzi, yerli icra hakimiyyəti orqanları, dövlət qulluqçuları qarşısında qoyduğu çox ciddi və qətiyyətli tələb və vəzifədir».

«ÖLKƏNİ XAOS BÜRÜYƏCƏK»

Eks-spiker Rəsul Quliyev «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib.

Keçmiş spiker bildirib ki, «yaxın vaxtlarda İctimai Palata və Ziyalılar Forumunun liderləri ilə də birbaşa söhbətlər aparacağam».

Ölkəyə nə vaxt qayıdacağı ilə bağlı suala cavabında isə «səmimi deyim, bu bəsit, primitiv suala cavab verməkdən artıq yorulmuşam. Qısaca onu deyim ki, ölkəyə qayıdışım istiqamətində ciddi iş gedir və məncə, yaxınlarda nəticəsi olacaq».

LƏNKƏRANDA AZƏRBAYCANI SİLKƏLƏYƏN OLAY

«Bizim yol» qəzeti yazır ki, Lənkəranda məktəbdə qızının döyülməsindən şikayət edən ata həbs edilib.

«Yanvarın 14-də Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı «Bizim Yol» a müraciət edən və qəzetimiz tərəfindən video müsahibəsi ilə bərabər şikayəti işıqlandırılan valideyn - Şahin Ağayev fevralın 6-da həbs edilib. Ailə üzvlərinin redaksiyamıza verdiyi məlumata görə, səhər tezdən Lənkəran şəhərindəki evlərinə basqın edilib. Evin qapı və pəncərəsi sındırıldıqdan sonra evə daxil olan üzü maskalılar Şahin Ağayevi övladlarının gözü önündə döyərək, əl qolunu bağlayıb və aparıblar. Evdə axtarış aparılsa da heç nə tapılmayıb».

Daxili İşlər Nazirliyindən qəzetə deyiblər ki, Ş. Ağayev barəsində cinayət işi açılıb və o, 7,6 qram marixuananı satarkən həbs edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG