Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:07

Azərbaycanda dərmanlarn qiymətlərini Tarif Şurası müəyyən edəcək


Azərbaycanda dərmanlarn qiymətlərinin Tarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın səhiyyə nazirinn müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi İqtisadi İnkiaf Nazirliyi ilə birgə dərmanlara vahid qiymət tətbq edilməsi üçün birgə iş aparır.

Ağayevin dediyinə görə, yaxın gələcəkdə dərmanlara vahid qiymət tətbiq olunması istiqamətində aparılan işlər sürətləndiriləcəyi və bu işin həyata keçiriləcəyi gözlənilir. Bu sistem tətbiq edildikdən sonra artıq dərmaların üzərində vahid qiymətlər yazılacaq. Vahid qiymətin ilk mərhələdə həyat vacib preparatlara tətbiq olunacağı gözlənilir. Sonradan isə ybunun digər dərman preparatları üçün də tətbiq ediləcəyi nəzərdə tutulur.

«Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi, vahid qiymət olacaq. Respublikanın reionundan asılı olmayaraq, hər yerdə dərmanlar vahid qiymətlə satılacaq. Burda topdan satış müəssisəsinin, apek müəssisəsinin konkret, bəlli bir faizi olacaq», Ağayev deyib.

Nazir müavini əlavə edib ki, bu məsələ qanunvericiliklə tənzimlənəcək. Bunun üçün dərman preparatlarının ən ucuz və keyfiyyətli olduğu ölkələr nümunə kimi seçiləcək və həmin ölkələrin təcrübəsi öyrəniləcək.

Nazir müavinin sözlərinə görə, Azərbaycanda dərman preparatlarının qiyməti Səhiyyə Nazirliyi tərəfindən deyil, Tarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulur.
XS
SM
MD
LG