Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:31

Nazimlə son söhbət


-

“Qanun” nəşriyyatı böyük türk şairi Nazim Hikmətin son sevgilisi Vera Tulyakovanın xatirələrini kitab halında çap edib.

“Nazimlə son söhbət” adlanan bu kitab şairin SSRİ-də mühacir həyatı yaşadığı dövrü əhatə edir.

Bu, memuar deyil, ölmüş ərlə aparılan əsl söhbətdir.

Vera Tulyakova bu söhbətlə “ilk öncə dərd-qəmdən xilas olmuş, sonra isə bu onun “həyatının gizli işinə” çevrilmişdir (Andrey Dimitryev).

Otuz yaşına çatar-çatmaz o, Nazimsiz qaldı, qarşıda bütöv bir ömür var idi, ancaq həyatında ən böyük hadisə artıq baş vermişdi – bundan sonrakı hadisələrə dahi Nazim Hikmətlə keçirdiyi birgə xoşbəxt ümumi taleyin əks olunduğu nur səpələnib.

Vera sadəcə, Nazim Hikmətin fikirlərini yenidən söyləmir, o, həyata Nazimin gözü ilə baxır.

Odur ki, bəlkə də indiki zamanda adi və adət halını almış şeylər bu kitabda gözlənilməz, paradoksal, bəzən dəhşətli görünür.

Və Nazim Hikməti əhatə edən adamlar – Simonov, Fadeyev, Zoşenko, Smelyakov, Svetlov, Şostakoviç, bugünkü dillə desək, bütün ədəbiyyat, bədii, teatr və siyasi görüşlər yeni və müxtəlif formada üzə çıxır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG