Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:30

Elman Abdullayev: “Xocalı aeroportunu açmaq cəhdi təxribatdır"


Elman Abdullayev

Elman Abdullayev

“Xocalı aeroportunu açmaq cəhdi danışıqlar prosesi və Minsk Qrupunun formatına pis təsir göstərə bilər.

İstənilən qanunsuz uçuş cəhdi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə zərər vuracaq təxribatdan başqa bir şey deyil”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan prezidenti və xarici işlər nazirinin Xocalı aeroportunun açılmasına dair bəyanatlarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri üzərindən qanunsuz uçuşlar və aeroportun qanunsuz açılışı işğal faktı və mövcud status-kvonu möhkəmləndirmək cəhdidir.

Elman Abdullayev qeyd edib ki, Azərbaycan dəfələrlə bu məsələyə dəqiq mövqeyini bildirib, hələ 1993-cü ildə işğal olunmuş əraziləri üzərindəki hava məkanının uçuşlar üçün bağlanması məqsədilə İCAO-ya müraciət edib və Çikaqo Konvensiyasının bütün tərəfləri Azərbaycanın bu qərarına hörmətlə yanaşmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG