Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

Çoban Nurməhəmmədin umacağı...


Nurməhəmməd Əhmədov
Nurməhəmməd Əhmədov
-

Çoxları Azərbaycanda heyvandarlığın zəif inkişafını kəndlinin heyvanı artırmağa yox, satmağa meylli olmasında görür. Bəs kəndli nə düşünür? Niyə heyvanı satmağa üstünlük verirlər? Qax sakini 50 yaşlı Nurməhəmməd Əhmədov da xırdabuynuzlu heyvan saxlayır. Dolanışığını yaxşılaşdırmaq üçün qohum-qonşunun da qoyununu otarır:

«100-ə yaxın heyvanım var. Otardığım heyvanlar təkcə mənim deyil, qohumların, qonşuların heyvanını da mən otarıram. Öz heyvanıma qatıb gətirirəm otlağa. Kənddə yaşamaq asan deyil. Əlimdən də çobanlıqdan başqa heç nə gəlmir. Heyvan artdıqca satıb, ehtiyacımıza veririk. Artırası olsaq gərək acından ölək».

«İŞİMİN ADI QOYUN GÜDMƏKDİR»

Dolanışığının heyvandarlıqdan çıxdığını deyən Nurməhəmməd Əhmədov 5-6 ildir ki, qoyun otarmaqla ailəsini dolandırır:

«Kənddə başqa cür necə pul qazanmaq olar? İşimin adı qoyun güdməkdir. Hər səhər saat 8-də çıxıram evdən. Qoyunları qabağıma qatıb gətirirəm otlağa. Axşam gün batana qədər çöllərdə oluram. Evdə oturum desəm, heyvanların qarnını doyurmaq baha başa gələcək. Gündə 3 dəfə yemləmək lazım olur. Ona imkanım çatmaz», deyə, Nurməhəmməd kişi heyvandarlığın sərfəli iş olduğunu da əlavə etdi:

«Ehtiyac olmaya artırasan. İldə bir dəfə bala verir. Yaxşı baxsan iki dəfə də balalayar. Bundan başqa, yunu, südü, pendiri var. Bir sözlə artıra bilsən qoyun saxlamaq sərfəli işdir. Ancaq ehtiyacımız olduğundan satmaq məcburiyyətində qalırıq».
XS
SM
MD
LG