Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:23

Lord Layard:“Xocalı aeroportunu açmaq cəhdi təxribat sayılmalıdır”


“Xocalı aeroportunun açılması ilə bağlı istənilən təklif təxribat hesab olunmalıdır”

APA-nın məlumatına görə, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Layard məsələ ilə bağlı Avropa-Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı heç vaxt orada reyslərə rəsmi şəkildə icazə verə bilməz və Xocalı aeroportu təmas xəttinə çox yaxın olduğundan açıq-aşkar təhlükə mənbəyidir.

“Şimali İrlandiya təcrübəsindən yaxşı başa düşürük ki, simvolik hərəkətlər zorakılıqlara gətirib çıxara bilər və biz hər iki tərəfin təxribat xarakterli hərəkətlərdən uzaq durmasını tələb edirik”, - deyə Layard bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG