Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:15

GTT Kolombo Beynəlxalq Teatr Festivalına dəvət olunub


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edəcək.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, teatrın direktoru, ASSITEJ--Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 27-dən aprelin 4-ə kimi davam edəcək festivala qatılacaq.

Teatrın yaradıcı heyəti Kolombo festivalında P. Züskindin «Kontrabas» tamaşasını göstərəcək.

Tamaşada Respublikanın Əməkdar artisti, «Qızıl Dərviş» mükafatı laureatı Şövqi Hüseynov çıxış edəcək.

«Kontrabas» tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülüb.

Festival çərçivəsində keçiriləcək beynəlxalq konfransda teatrın direktorunun «Azərbaycan Teatrı – 140» mövzusunda çıxışı da nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG