Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:55

Tehranda İranın nüvə proqramı müzakirə olunur


Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri Yehranda İran rəsmilərilə danışıqlar aparırlar.

İranın Xarici İşlər Nazirliyi görüşdən əvvəl bəyan edib ki, əgər İranla Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə hüququnun tanınması ilə bağlı ümimi razılığa gəlsələr, Tehran beynəlxalq müfəttişlərin Parçindəki hərbi obyektə baş çəkmələrinə icazə verilə bilər.

Fevralın 26-da Qazaxıstanda İran və 6 aparıcı dünya ölkəsi arasında danışıqlar gözlənilir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG