Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

«Facebook bulaq başıdır...»- [Video]


-

Facebook-dan birbaşa şərh yaz

Gör, bəyən, aylarla ardınca gəz, şirin bir söz, razılıq almaq üçün çabala. Sevgiyə yol əvvəl bu cür başlayırdı. İndi isə daha rahat üsul var.

Virtual tanışlıq, virtual sevgi. Virtualdan başlanan sevgilər uğurludurmu? Bəs sevginin özəl günü varmı?

Sevgililər Günü öncəsi Azadlıq FM-də sevgidən danışmışıq:

Şəhriyar Məhərrəmov:

- «Facebook» indi bulaq başıdır. Son 2 ildə «Facebook» insanların həyatına daxil olub. Gündə saatlarla sosial şəbəkələrdən istifadə edən insanlar var. Məhz «Facebook» vasitəsilə evlənən insanlar da az deyil. Bir-birlərini sosial şəbəkədə görüb, bəyənən insanlar öz ünsiyyətlərini reallıqda davam etdirirlər. Amma insanlar virtual münasibətdə də ehtiyatlı olmalıdırlar.

- Virtualda kişilərin bir fotosunu görüb evlilik təklifi edən xanımlar var. Bu nə dərəcə düzgündür? Şəkildən sevgili bəyənən adamlar sabah necə ailə saxlayacaq? Ümumilikdə isə «Facebook» istifadəçiləri reallıqdan çox uzaqdır...

Psixoloq Lalə Həmidova:

- Bəzi insanların virtual münasibətləri çox uzun çəkir. Virtuallıqdan reallığa tez keçmək lazımdır. Bəzən virtuallıqdan reallığa keçəndə, insanlar problem yaşayır.

- Psixoloq kimi bir məsləhət verərdim ki, insanlar bir-birini yaxşı tanıyandan sonra evlilik qərarı versinlər

Nardarandan verilişə qoşulan Azad adlı dinləyici real və virtual münasibətlər barədə danışıb:

- Evlənəcəyin insanı tanımaq üçün 6 ay azdır. Mən öz həyat yoldaşımı 7-ci sinifdən sevmişəm. Sevgilimin anası isə bizə dərs deyirdi və məni 10-cu sinifdə imtahandan kəsmişdi. Xırda problemlərə baxmayaraq, mən heç zaman sevgilimin ailəsinə qarşı pis münasibət bəsləməmişəm. Yaşımın çox olmağına baxmayaraq, mən virtual sevgiyə də normal baxıram. Virtualdan başlayan münasibət realda davam edir...

Verlişi ətraflı dinləmək üçün:


Şərhləri göstər

XS
SM
MD
LG