Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:18
ABŞ prezidenti Barack Obama Əfqanıstan müharibəsinin 2014-cü ilin sonunadk başa çatdırılacağını bəyan edib.

O bunu çümə axşamı Konqresə illik müraciətində bildirib.

Obama hazırda Əfqanıstanda olan 66 minlik ABŞ ordusunun yarıdan çoxunun ixtisar ediləcəyini deyib.

Amma prezident ölkəsinin 2014-cü ildən sonra da Əfqanıstana sadiq qalacağını bildirib.
Obama qeyd edib ki, Vaşinqton hazırda Əfqanıstan qüvvələrinə təlim keçilməsi və onların təhciz olunması ilə bağlı danışıqlar aparır.

ABŞ prezidenti həmçinin Yəmən, Liviya və Somali də daxil olmaqla digər ölkələrdə islam ifratçılığı ilə mübarizəyə yardım edəcəklərini vəd edib.

İranın nüvə proqramına gəldikdə isə Obama İranı bu məsələ ətrafında yaranmış vəziyyəti diplomatik yolla həll etməyə çağırıb.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG