Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:32

Əli Kərimli: «Təvazökarlığa çağıran övladlarına milyonluq villalar almaz...»


Mətbuat icmalı

Mətbuat icmalı

-

«MƏMURLARI TƏVAZÖKARLIĞA ÇAĞIRAN ÖVLADLARINA MİLYONLUQ VİLLALAR ALMAZ»

«Məmurları təvazökarlığa çağıran övladlarına milyonluq villalar almaz...». «Azadlıq» qəzetinin yazdığına görə, bunu AXCP sədri Əli Kərimli İlham Əliyevin fevralın 12-də məmur övladları haqqında dediyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.

Əli Kərimliyə görə, İlham Əliyevin bu çıxışını oliqarxlar, icra hakimiyyətindəki vəzifəli şəxslər və onların ailə üzvləri səmimi qəbul etməyəcəklər.

«Onlar dövlət başçısının təvazökar həyata çağırışını necə səmimi qəbul edə bilərlər? Bir halda ki, İlham Əliyevin özünün hər ad günündə onun tabeliyində olan məmur - Sumqayıtın icra başçısı mənbəyi şübhəli olan vəsaitlər hesabına 50 metrlik tort bişirtdirib, minlərlə ac insanının həmin o tortun qırıntılarını ələ keçirməsi uğrunda mübarizəsini təşkil edib dünyada Azərbaycanı biabır edir».

AZƏRBAYCANIN OLİMPİYA UĞURLARINA ZİYAN DƏYƏ BİLƏR

«Bizim yol» yazır ki, «Güləş Olimpiya Oyunlarının proqramından çıxarıla bilər». Qəzet «Associated Press»ə istinadən yazır ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi güləşi 2020-ci il Yay Olimpiya Oyunlarından çıxarmağı təklif edib. Qəzet yekun qərarın 2013-cü il sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək iclasında veriləcəyini yazır.

Qəzetə görə, təklif təsdiqini taparsa Azərbaycanın olimpiadadakı uğurlarına böyük zərbə vurulacaq.

«2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəmizin əldə etdiyi 10 medalın 7-si məhz güləşçilərimizin payına düşüb».

AVROPA BİRLİYİNİN AZƏRBAYCANA CİDDİ SİYASİ DƏSTƏYİ LAZIMDIR

«Xəzər dənizinin Azərbaycana aid hissəsinin təbii ehtiyatlarının Avropaya səmərəli və effektiv şəkildə çatdırılması üçün Avropa İttifaqının ciddi siyasi dəstəyi lazımdır».

«Yeni Azərbaycan» qəzetinin yazdığına görə, bunu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib.

«Azərbaycanın çox düzgün neft strategiyası var. Rəsmi Bakının həyata keçirdiyi siyasət nəinki Azərbaycanın, eləcə də regionun və Avropanın enerji təminatında mühüm əhəmiyyət kəsb edir».

Valeh Ələsgərova görə, hazırda Azərbaycanın 235 milyard ton neft, 500 trilyon kubmetrə yaxın qaz ehtiyatı var.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN 25 İLLİYİ

«Yeni Müsavat» Dağlıq Qarabağ münaqişəsinin 25 ilinin tamam olduğunu yazır. Məsələni şərh edən Müsavat başqanının müavini Arif Hacılıya görə, 1988-ci ilin fevralında 13-də Xankəndinin baş meydanında mitinq keçirən ermənilər bu günkü nəticələrə nail olacaqlarını xəyallarına gətirmirdilər.

«Düşünürəm ki, onlar öz qarşılarına qoyduğu, özlərinin inandığı proqramdan daha böyük nəticələrə nail oldular. Bu da 1993-cü ildə Azərbaycanda qiyam nəticəsində hakimiyyətə gəlmiş bugünkü rejimin apardığı faciəli siyasətin nəticəsidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG