Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:58

Əbülfəz Qurbanlının mitinq cəriməsini əmlaka yönəltmək mümkün olmadı


Məhkəmə icraçıları
Məhkəmə icraçıları
-

AXCP Gənclər Komitəsinin üzvü Əbülfəz Qurbanlı barədə Səbail rayon məhkəməsinin yanvarın 14-də çıxardığı hökmün icrasına başlanılıb. Fevralın 12-də axşam saatlarında onun daimi qeydiyyatda olduğu ünvanda - İmişli rayonunun Xəlfəli kəndində növbəti icra işi həyata keçirilib. Cərimənin könüllü surətdə ödənilməsi ilə bağlı verilmiş 3 günlük müddət bitdiyindən məhkəmə icraçıları borcludan tutulmalı olan məbləği onun əmlakı üzərinə yönəltmək istəyiblər. Lakin gənc fəalın atası Adəm Qurbanov bildir ki, onun ev təsərrüfatında oğlunun adına heç bir əmlak yoxdur. Belə olduqda icraçılar akt yazaraq geri dönüblər.

Ə. Qurbanlı bildirir ki, borcun könüllü ödənilməsi ilə bağlı bildiriş həbsdə olduğu müddətdə - fevralın 8-də atasına verilib:

«Həbsdən çıxmağımı gözləmədən və izahatım alınmadan icra işinə başlanılması qanunsuzdur. İndi də tələm-tələsik bu məbləği olmayan əmlakım üzərinə yönəltmək istəyirlər».

Əbülfəz Qurbanlı barədə inzibati qərar yanvarın 12-də Bakının Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında iştiraka görə qəbul edilib. O, 500 manat cərimə olunub. Əbülfəz Qurbanlı Bakıda yanvarın 26-da keçirilən «İsmayıllı etirazlarına dəstək» aksiyasında da saxlanıb, məhkəmənin qərarı ilə 13 günlüyünə həbs edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG