Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:04

Vladimir Putin Rusiya məmurlarının xarici banklarda hesab açmasını qadağan edir


Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin
-


Rusiya prezidenti Vladimir Putin ölkə parlamentinə yüksək rütbəli məmurların xarici ölkələrin banklarında hesab açmalarını qadağan edən qanun layihəsi təqdim edib. Layihəyə görə qadağa təkcə məmurların özlərinə deyil, onların həyat yoldaşlarına və uşaqlarına da şamil edilməlidir.

Sənəd qanun kimi qəbul edilsə, hazırda xarici banklarda hesabları olan məmurlara onları bağlamaq üçün 3 ay möhlət veriləcək. Buna əməl etməyən məmurlar işdən qovulacaqlar.
Prezidentdən gələn sənəddə qadağalara əsas kimi Rusiyanın milli təhlükəsizliyinin gücləndirilməsi, ölkə iqtisadiyyatına sərmayələrin cəlbi və korrupsiyanın cilovlanması zərurəti göstərilir.

Hazırda Rusiya parlamentinin aşağı palatasında dövlət rəsmiləri, hərbçilər, onların həyat yoldaşları və uşaqlarına xarici ölkələrdə daşınmaz əmlka almağı qadağan edən qanun layihəsi də müzakirə edilir.
XS
SM
MD
LG