Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:37

Pentaqon yüz minlərlə işçinin maaşsız qala biləcəyini deyir



ABŞ-ın Müdafiə nazirinin müavini Ashton Carter bildirir ki, əgər bu Nazirliyin büdcəsində avtomatik kəsilmələr olsa, gələn ay avtomatik 100 minlərlə mülki işçi maaşsız, təyyarələr, gəmilər təchizatsız qala bilər.

Hazırda Pentaqon 46 milyard dollarlıq avtomatik büdcə ixtisarı təhlükəsi qarşısındadır. Konqres 1.2 trilyon dollarlıq büdcə kəsiri ilə bağlı dəqiqə qərar qəbul etmədiyindən mart və sentyabr aylarında Pentaqon bu cür avtomatik büdcə ixtisarı təhlükəsi ilə üzləşir.

Fevralın 12-də Senatın Ordu Xidmətləri Komitəsində müzakirələrdə iştirak edən nazir müavini deputatları büdcə ilə bağlı fikir ayrılıqlarına son qoyub büdcənin ixtisarları barədə konkret plan qəbul etməyə çağırıb.
XS
SM
MD
LG