Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanı nüvə sınaqlarına görə “kəskin pisləyib”


Hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyanın Xarici İşlər naziri Kim Sung-hwan Şimali Koreyanın bu sınaqlarını Şuranın qərarlarına ölümcül zərbə adlandırıb.

Şuranın fevralın 12-də keçirilən növbədənkənar toplantısından sonra çıxışında Kim Sung-hwan bildirib ki, indi BMT Şimali Koreyaya “münasib cavab” verməlidir.

ABŞ-ın BMT-dəki nümayəndəsi Susan Rice isə ölkəsinin öz müttəfiqləri ilə birlikdə Şimali Koreyaya qarşı sanksiyaları genişləndirməyi nəzərdə tutduğunu deyib.
BMT-nin Baş katibi Ban Ki-moon da Şimali Koreyanı öz nüvə silahı yaratmaq planlarından əl çəkməyə çağırıb.

Şimali Koreya rəsmiləri fevralın 12-də bildiriblər ki, 3-cü gizli nüvə sınaqları uğurla başa çatdırılıb. Bu ölkə 2006 və 2009-cu illərdə iki dəfə belə sınaqlar apardığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG