Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54

Prezidentliyə namizədi güllələməkdə şübhəlilər başqa bir namizədin evində fəhlə işləyirmiş



Ermənistanda prezidentliyə namizəd Paruyr Hairikian-ın güllələnməsində şübhəli kimi saxlanan iki nəfərin başqa bir prezidentliyə namizədin evində işlədikləri məlum olub. Bu barədə prezidentliyə namizəd Vardan Serdakian özü məlumat verib. O deyib ki, saxlanan iki şübhəli onun evində rəngsaz kimi çalışıb. Buna görə indi prezidentliyə namizəd həmkarının güllələnməsi ilə bağlı cinayətə onun da adının qatıla biləcəyindən narahatdır.

Amma fevralın 12-də jurnalistlərlə söhbətində Serdakian həmin iki nəfərin nə zaman onun evində çalışdıqlarını deməyib.

Yanvarın 31-də güllələnmiş prezidentliyə namizəd Hairikian-ın səhhəti isə getdikcə yaxşılaşır.

Keçən həftə polis hadisədə şübhəli bilinən iki nəfəri saxlayıb. Amma hələlik onların bu cinayətdə necə iştirak etdikləri haqqında ətraflı rəsmi məlumat verilməyib.

Ermənistanda prezident seçkisi fevralın 18-də keçiriləcək. Seçkidə 7 namizəd var. İndiki prezident Serzh Sarkisian da namizədlər arasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG