Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:57

İsrailin Baş naziri İranın nüvə silahı əldə etməzinə az qaldığını bildirir



İsrailin Baş naziri Benjamin Netanyahu İranın nüvə silahı əldə etməyə daha da yaxınlaşdığını bildirir.

İsrailin paytaxtında ABŞ-dakı yəhudi liderlərlə görüşündə Netanyahu deyib ki, Tehran artıq özünün nüvə proqramında xeyli irəliləyişlər əldə edib və onun həmin uğurları atom bombası əldə etməsinə lazım olan zamanı üçdə-birə qədər endirəcək. Amma İsrailin Baş naziri öz ifadəsi ilə deyilsə “hələlik qırmızı xətt”i keçməyib.

İran rəhbərləri tez-tez İsraili yox etmək bəyanatları ilə çıxış edirlər. İranın nüvə planlarını da Qərbdə daha çox silah yaratmaq cəhdi kimi nəzərdə keçirilər.

Amma Tehran bu proqramının yalnız dinc məqsədlər daşıdığında israr edir.
XS
SM
MD
LG