Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:29

Şimali Koreya 3-cü nüvə sınağını keçirib



Şimali Koreya rəsmiləri fevralın 12-də məlumat veriblər ki, 3-cü gizli nüvə sınaqlarını uğurla başa çatdırıblar. Bu ölkə 2006-cı və 2009-cu illərdə iki dəfə nüvə sınaqları keçirib.
ABŞ, Rusiya, Yaponiya, Britaniya və BMT-nin Baş katibi Ban Ki-moon bu nüvə sınağını pisləyiblər.

ABŞ prezidenti Barack Obama beynəlxalq ictimaiyyəti cəld və təsirli addımlar atmağa çağırıb.

BMT Təhlükəsizlik Şurası bu gün təcili toplantısında Şimali Koreyanın yeni nüvə sınaqlarını müzakirə edəcək.

BMT bu ölkəni nüvə silahı yaratmaq istiqamətində addımlardan çəkinməyə çağırır.
Keçən dekabr ayında ballistik raketi sınaqdan keçirəndən sonra BMT Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG