Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:57

İmişlidə hasar etirazı...


Mətbuat icmalı
Mətbuat icmalı
-

İMİŞLİ SAKİNLƏRİ YENİDƏN ETİRAZA QALXDI

«Azadlıq» qəzeti yazır ki, ötən şənbə günü İmişlidə polis yerli sahibkarların rayon icra hakimiyyətinin binası qarşısındakı etiraz aksiyasını dağıdıb. Aksiya iştirakçıları İmişlinin mərkəzində yol boyunca hasar tikintisinə etirazlarını bildirməyə cəhd göstəriblər. Bu hasarlar əhalinin mağaza və sosial-məişət obyektlərinə yolunu kəsib.

Qəzet yazır ki, rayon administrasiyası hələlik güzəştə getmək istəmir. Bunu onunla izah edir ki, hasarlar abadlıq və hərəkətin təhlükəsizliyinin təminatı üçün tikilir. «Bakıda hava limanına gedən yolun kənarında kilometrlərlə daş hasarlar çəkildikdən sonra hasar tikintisi bölgələrdə də dəb halını alıb. Bu «ideya» müəlliflərinin fikrincə, hasarlar Azərbaycan həqiqətlərinin xoşagəlməz çirkin tərəflərini gizlətməlidir: binaların, yolların yöndəmsizliyini, çirklənmiş əraziləri. Hasarların inşası abadlıq işləri adı altında məmurların dövlət vəsaitlərini mənimsəməsi üçün bəhanə olub. Regionların öz spesifikası var. Hər dəfə rayon icra hakimiyyətlərinin başçıları dəyişdikdə abadlıq işləri üzrə layihələr və sahibkarların sıxışdırılması yeni vüsət alır».

AZƏRBAYCAN ARTIQ KOSMOSDA DA SÖZ SAHİBİDİR

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycanın orbitə göndərdiyi peyk «informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. «Azərspace-1» peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımını, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edəcək, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunacaq, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü fiberoptik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulacaq».

BAKI DÖVLƏT SOSİAL İQTİSAD KOLLECİNDƏ NƏ BAŞ VERİR?

«Bizim yol» qəzeti yazır ki, kollec bağlanıb, içəri kimsə buraxılmır. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları binada araşdırma aparırlar. Qəzet yazır ki, kollecə daxil olmaq qadağandır. Qadağanı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqələndirirlər. «Təhsil Nazirliyi isə susur. Baş Prokurorluqdan isə dedilər ki, açıqlama gözləyin».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG