Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:55

İlham Əliyevin sədrliyi ilə konfrans keçirilir


Fevralın 12-də Bakı Biznes Mərkəzində prezident İlham Əliyevin sədrliyi ilə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans işə başlayıb.

Dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikanın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olub.

AzərTAc xəbər verir ki, sərgidə 2003-2012-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri - sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya və s. sahələr üzrə iqtisadi inkişafı əks etdirən göstəricilər yerləşdirilib. Bildirilib ki, 2003-2012-ci illərdə ümumi daxili məhsul üç dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə, orta aylıq əmək haqqı 5,1 dəfə artıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG