Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:08

Bakıda 2 sərnişin avtobusu toqquşdu, yaralılar var


Fevralın 12-si saat 10:30 radələrində Bakının Sabunçu rayonun, Bakıxanov qəsəbəsində 2 sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, qəzada 55 saylı avtobus qarşıdan gələn 185 saylı avtobusla toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hazırda hadisə yerində polis əməkdaşları və təcili yardım həkimləri çalışır. Qəza avtobus sürücülərinin ötmə əməliyyatı aparması nəticəsində baş verib.
XS
SM
MD
LG