Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

Mərc şirkətləri: Roma Papası kim olacaq?


Roma Papası istefa verəndən sonra Britaniyanın və İrlandiyanın mərc şirkətləri – bookmakerlər yeni Papanın kim olacağı ilə bağlı mərcləri qəbul edirlər.

Britaniyanın ən böyük mərc şirkəti William Hill-də birinci yerdə Nigeriya kardinalı Arinze gedir. Onun seçilmək şansı 25 faizdir.

2-ci-3-cü yerlərdə Qanalı Peter Turkson və Kanadalı Marc Quelletdir. Onların şansı təxminən 20 faizdir.

İrlandiya bookmakeri Paddy Powerdə də eyni 3 kardinal birinci yerlərdədir.
Ancaq burda ən çox şans Quelletdədir.

2005-ci ildə o vaxtki Papa İİ İoann öləndə mərc şirkətlərində birinci yerdə almaniyalı kardinal Ratzinger və Arinze gedirdilər.
Kardinal Ratzinger doğrudan da papa seçildi və Papa 16-cı Benedikt oldu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG