Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Azərbaycanın birinci ledisi Fransanının keçmiş baş nazirini qəbul edib


Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva fevralın 11-də Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşüb.

Görüşdə Mehriban Əliyeva deyib ki, “ Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin Fransada tanınmasını istəyir və biz bu istiqamətdə geniş fəaliyyət göstəririk. Artıq bir ildir ki, Fond Fransada Azərbaycan mədəniyyətini təbliğ edən iri layihə həyata keçirir. Bu layihə çərçivəsində tədbirlər bütün Fransanı əhatə edir” . Azərbaycanın birinci xanımı bu tədbirlərin maraqla qarşılandığını, Fransa mətbuatında Azərbaycan barədə müsbət yazıların sayının artdığını xüsusi qeyd edib.

Təhsil sahəsində əməkdaşlıq barədə Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Fransız məktəbinin inşa olunduğunu bildirib.

Dominik de Villpen isə Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu deyib.
XS
SM
MD
LG