Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:37

Musəvinin qızları azadlığa buraxılıb


İran müxalifətinin lideri Mir Hossein Musəvinin qızları dindiriləndən sonra azadlığa buraxılıb.

Nərgiz və Zəhra Musəvi bazar ertəsi səhər həbs olunaraq naməlum istiqamətdə aparılmışdı. Məlumatlara görə, onları təhlükəsizlik qüvvələri həbs etmişdi.

Nərgiz və Zəhra öz valideynlərinin ev dustağlığından azad olunması ilə bağlı kampaniya aparırlar.

Media məlumatlarına görə, təhlükəsizlik qüvvələrinin sualları onlara məhz bu kampaniya ilə bağlı olub.
Mir Hossein Musəvi və onun xanımı Zəhra 2011-ci ilin fevralından ev dustağıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG