Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:48

Naxçıvanda xaricilərə kvota qoyulub


Naxçıvan MR hökuməti əcnəbilərin 2013-cü il üçün əmək miqrasiyası kvоtası haqda qərar qəbul edib.

Turan İnformasiya Agentliyinin məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə ayrı-ayrı iqtisadi sahələr üzrə əmək miqrasiyası kvоtası müəyyən edilib. Qərar bu ilin fevralından qüvvəyə minib.

Bu il Naxçıvanda fəaliyyət göstərən şirkətlər 1045 əmək miqrantı qəbul etmək imkanı əldə ediblər. Onların əsas hissəsi tikinti (550) və emal sənayesi (250) üzrə olacaq. Kvotalar iqtisadi fəaliyyətin bütün sahələri, o cümlədən təhsil (40 nəfər) və səhiyyə (20) üzrə tətbiq edilir.

Statistik məlumatlara əsasən, Naxçıvan MR-da 400 min nəfər yaşayır.
İqtisadi aktiv əhalinin bir xeyli hissəsi iş üçün Bakı və Türkiyəyə üz tutub.

Azərbaycandakı mərkəzi hakimiyyət hələlik 2013-cü il üçün əmək miqrasiyası kvоtası haqda qərar qəbul etməyib. 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsi 8 708 əmək miqrantına icazə verib. Kvota 9 815 nəfər olub. 2010-cu ildə kvota 10,7 min nəfər təşkil edib

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG