Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:45

Ölkənin ictimai-siyasi axarı [Video]


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və siyasi şərhçi Zəfər Quliyev son proseslərin axarı haqda danışırlar.

-


Zəfər Quliyev:

«90-cı illərin əvvəllərində də biz eyni vəziyyəti görürdük. Təxminən 2003, 2005-ci il seçkiləri öncəsi oxşar vəziyyət var idi. Amma fərqli cəhətlər də var. Artıq cəmiyyətdə o dövrlərdən fərqli olaraq sosial narazılıq daha yüksək səviyyədədir. Bir çox faktlar, hadisələr də onu təsdiq edir. Daxildə protest elektoratının miqyası artıb. Eyni zamanda hakimiyyət ilk dəfə olaraq seçkilərə müttəfiq olan ölkələrlə münasibətinin yaxşı olmadığı vəziyyətdə gedir. Rusiya ilə çox gərgin olan münasibətlər formalaşıb. İranla münasibətlər onsuz da yaxşı deyil. Türkiyə-Azərbaycan münasibətlərində də bəzi məqamlar var ki, seçkiqabağı özünü göstərə bilər. Üstəlik, hakimiyyətin son vaxtlar apardığı siyasət artıq Avropa İttifaqı, beynəlxalq təşkilatlar tərəfindən çox kəskin tənqid olunur. Hakimiyyət bu seçkilərə faktiki olaraq beynəlxalq dəstək olmadan gedir. Bu da riskləri artırır...».

«Bir çoxları eyforiyaya qapılır ki, ölkədə dəyişikliklər labüddür. Hakimiyyət dəyişikliyi baş verəcək. Lakin mən eyforiyaya qapılmıram. Dəyişikliklər mənfi də ola bilər, müsbət də. Azərbaycanda bu il çox şey dəyişə bilər. Həm hakimiyyətin siyasətində məcburi olaraq, həm də hakimiyyətin istəyindən asılı olmayaraq dəyişiklik baş verə bilər. Təhlükəli proseslər də baş verə bilər. Bir tərəfdən daxildə, yəni regionlarda kortəbii şəkildə sosial partlayışlar baş versə, zəncirvarı effekt alınsa, bu, stabilliyi o qədər ciddi şəkildə poza bilər ki, vəziyyət idarəolunmaz səviyyəyə çata bilər. Bundan həm daxildə olan qüvvələr öz məqsədləri üçün istifadə edə bilərlər, həm də xarici qüvvələr...».

Mehman Əliyev:

«Həqiqətən də vəziyyət gərgin olacaq. Çünki seçki ilidir. Müxalifət və cəmiyyət bu seçkidə iştirak etməyə israrlıdır. Bu, 2003 və 2008-ci il deyil. Bu, real vəziyyətdir və ondan da gərgin olacaq. Hakimiyyət bunları dərk edir, başa düşür və öz prizmasından bu məsələlərə baxır, səfərbər olmağa çalışır ki, seçkini əldən verməsin. Müxalifət və xalq da başa düşür ki, bu, fürsətdir və bu fürsətdən kifayət qədər istifadə etmək lazımdır. Bu gün hakimiyyətin xeyrinə olmayan bir vəziyyət də var. Bu, təkcə sosial vəziyyət deyil. İndi artıq ideoloji prizma var. İnsanlarda təkcə sosial yox, mənəvi sıxıntılar var. Quba və İsmayıllı hadisələrini götürsək, orda sosial zəmin var idi. Ancaq insanları bu etirazlara çıxaran iki məsələ var idi. Bu, qeyrət-namus məsələsi idi. Bu, çox ciddi məsələdir. Gürcüstanda həmin bu məsələ seçki ərəfəsində öz rolunu oynadı. Seçkilərin ab-havasını dəyişdi. Azərbaycanda da bu, olacaq. Onlar bilirlər ki, cəmiyyəti ayağa qaldırmaq üçün Gürcüstan və Ermənistanda hansı, Azərbaycanda hansı videonu göstərmək lazımdır. Azərbaycanda da təxmini belə bir hadisələr gözləmək lazımdır...».
XS
SM
MD
LG