Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:47

«Dumanlı» helikopter…


MI-17
MI-17
-
3-CÜ ZABİTİN DƏ MEYİTİ TAPILDI

Fevralın 12-si Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olmuş üçüncü hərbçinin də meyiti tapılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev AzadlıqRadiisuna bildirib ki, kapitan Yaşar Əhmədovun meyiti bu gün tapılıb və sudan çıxarılıb.

Fevralın 11-də ekipaj üzvləri, baş leytenant Rüstəm Rüstəmovla leytenant Bəhruz Zeynalovun meyitləri sudan çıxarılmışdı.

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus helikopteri fevralın 11-də saat 10:30-da Bakının Qaradağ rayonu ərazisində Şıx çimərliyi istiqamətində qəzaya uğrayaraq dənizə düşmüşdü. Nəticədə 3 hərbçi həlak olmuşdu. Qəzanın səbəbləri araşdırılır.

***
QƏZADA 3 NƏFƏR ÖLDÜ

Fevralın 11-də Bakıda Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması xəbəri yayıldı. İlkin məlumata görə, «Mi-17» helikopteri radarlardan itərək Şıx çimərliyi səmtində qəzaya uğrayıb. Əvvəlcə helikopter heyətinin sayı məlum olmasa da, sonradan helikopterdə 3 nəfərin olduğu təsdiqlənib. Müdafiə Nazirliyinin gündüz saatlarına olan məlumatına görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində heyət üzvləri - kapitan Yaşar Əhmədov, baş leytenant Rüstəm Rüstəmov və leytenant Bəhruz Zeynalov həlak olublar. Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun ölüsü dənizdən çıxarılsa da, kapitan Yaşar Əhmədovun tapılması üçün axtarışlar davam edir.

DUMAN, NASAZLIQ, İDARƏ NAŞILIĞI?

Helikopterin qəza səbəbi hələ ki, dəqiqləşməyib. İlkin səbəblər sırasında hərbi maşının dumana düşməsi göstərilsə də, bu versiya rəsmi təsdiqini tapmayıb.

«Mi-17» - özəllikləri

«Mi-17» - özəllikləri

Bu helikopter «Mi-8»in əlavə avadanlıq və motorla gücləndirilmiş variantıdır. Çoxxassəli helikopter daha çox axtarış, daşıma və evakuasiyada istifadə olunur.

«Vikipediya» saytında olan məlumata görə, Azərbaycan son illərdə Rusiyadan azı 70 «Mi-17» markalı helikopter alıb. Bu helikopterin alıcıları arasında isə ABŞ, Çili, Argentina, Keniya və Polşanın adları çəkilir. 2011-ci ildə Əfqanıstan ordusunun əməkdaşı Abdul Wahhab Wardak ABŞ-ın Rusiyadan Əfqanıstan üçün 21 ədəd «Mi-17» almaq istədiyini və buna 367.5 milyon dollar ayırdığını deyib.
Müdafiə Nazirliyinin mətbuat xidməti olay barədə ətraflı məlumat açıqlanacağını bildirib. Mediada helikopterin partlayışdan sonra dənizə düşməsi versiyası da hallanıb. Qəzanın şahidi Məhəmməd Haqverdiyevin məlumatı həmin versiyanın əsassızlığını üzə çıxarıb. O, «Turan» İnformasiya Agentliyinin müxbiri ilə söhbətində bildirib ki, güclü duman olduğundan helikopter aşağıdan uçurmuş və qəfildən daş kimi suya düşüb. Şahidin dediyinə görə, qəzadan öncə partlayış olmayıb.

Hərbi ekspert Ələkbər Məmmədov güman edir ki, helikopterin qəzaya uğramasına səbəb ancaq texniki nasazlıq ola bilər:

«Yəqin ki mühərrik imtina edib, hansısa alət sıradan çıxıb. Ola bilər sabah hesabat verilsin ki, hava tutqun olub. Ya da yıxacaqlar həlak olanların üstünə ki, düzgün idarə etməyiblər, amma əsil səbəb texniki nasazlıqdır. Rusiyanın hərbi texnikası dünyada ad qazanıb, amma belə deyil. Müasir standartlara cavab verib- verməməyi əsas məsələdir.
Ələkbər Məmmədov
Ələkbər Məmmədov
Ukrayna, Belarus köhnə texnikanı təmirdən çıxarıb Azərbaycana sırıyır, bizimkilər də alır».

Qaradağ rayonu ərazisində sahildən 300 metr aralıda dənizə düşən helikopterin axtarışlarına səhər saatlarından başlanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Sularda Xilasetmə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc və xilasediciləri hadisə yerinə cəlb olunub. Əraziyə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının dörd təcili yardım maşını da gedib. «Turan» İA-nın məlumatına görə, helikopter gündüz saat 3-də dənizdən çıxarılıb. Heyət üzvlərindən bir nəfərin axtarışı bitməyib. Hərbçilərin yaxınlarının da hazırda axtarış gedən ərazidə olduğu deyilir.

JURNALİSTLƏR HADİSƏ YERİNƏ YAXIN BURAXILMIR

«Turan» İnformasiya Agentliyinin Qaradağ rayon ərazisində olan əməkdaşı Əziz Kərimovun AzadlıqRadiosuna verdiyi məlumata görə, jurnalistləri dəniz sahilindən uzaqlaşdırırlar:

«Ərazidə polis maşınları var və heç kimi, hətta həlak olanların yaxınlarını da sahilə yaxın buraxmırlar».

Həmin qaynaq ərazidə həm polisin, həm də Fövqəladə Hallar Nazirliyinin maşınlarının olduğunu və axtarışların sürdüyünü deyir.
XS
SM
MD
LG