Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Magistraturaya daxil olmaq istəyənlər üçün sınaq imtahanı 4 şəhərdə keçiriləcək


TQDK magistraturaya daxil olmaq istəyən gənclərə kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanını respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirəcək.

Komissiyanın mətbuat xidmətinin məlumatına görə, fevralın 17-də ilk dəfə olaraq sınaq imtahanları keçiriləcək.

Sınaq imtahanına yazılış fevralın 6-dan başlanıb və artıq 6000-dən artıq bakalavr qeydiyyatdan keçib. Həmin imtahana yazılmaq üçün müddət fevralın 14-də saat 10:00-da başa çatacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər yalnız TQDK-nın internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bunun üçün ödəmə kartı əldə etmək lazımdır.
XS
SM
MD
LG