Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:17

Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar


-


"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.





Maddə 39. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulması
39.1. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə —
iyirmi beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

39.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə —
vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdiarda cərimə edilir


Maddə 40. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma
Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməyə və ya korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə —
otuz beş manatdan altmış manatadək miqdarda cərimə edilir


Maddə 41. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma
Seçkinin nəticəsinə təsir göstərmək məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə —
iyirmi manatdan əlli beş manatadək miqdarda cərimə edilir


Maddə 42. Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması
Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin təsdiqi ilə bağlı hüquqları pozmağa görə —
otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir


Maddə 42-2. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi
Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə —
müvafiq icra orqanının rəhbəri xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir


Maddə 42-3. Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması
Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsəvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə —
xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir

Maddə 42-4. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulması
Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış mislindən səksən mislinədək miqdarda cərimə edilir


Maddə 43. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi və ya bu cür materialların yayılması
Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsinə və ya bu cür materialların yayılmasına görə —
otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir


Maddə 43-1. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi
Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə —
xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir


Maddə 44. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqlarının pozulması
44.0. Seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən:
44.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısı) ilə tanış olması hüququnun pozulmasına;
44.0.2. seçici siyahılarındakı (referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmamasına;
44.0.3. seçici siyahılarına düzəlişlərin edilməsindən imtina barədə vətəndaşa yazılı şəkildə əsaslandırılmış cavab verilməməsinə;
44.0.4. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə —
seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü qırx manatdan altmış manatadək miqdarda cərimə edilir


Maddə 45. Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyətin verilməsindən imtina etmə
45.1. Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvünə qanunvericiliklə müəyyən edilmiş məzuniyyətin verilməsindən imtina etməyə görə —
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

45.2. Yerli özünüidarəetmə orqanlarına və ya deputatlığa seçilmiş şəxslərin dövlət vəzifələrinin icra edilməsi məqsədilə həmin şəxsləri işdən azad etməməyə görə —
əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir


Maddə 45-1. Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması
Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə —
səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir.(


Maddə 45-2. Seçici imzalarının toplanması qaydasının pozulması
Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə görə —
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.


Maddə 46. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması
46.1. Seçkilərin (referendumun) maliyyələşdirməsinin qanunvericiliklə müəyyən edimiş qaydalarının pozulmasına görə —
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

46.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi hesabatları barədə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə —
iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir


Maddə 47. Anonim təşviqat materiallarının və ya reklamların hazırlanması və yayılması qaydalarının pozulması
47.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumatların göstərilməməsinə görə —
on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

47.2. Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə —
iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.

47.3. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə —
iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir


Maddə 48. Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması
48.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim edilməməsinə görə —
əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

48.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə —
yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 49. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olma
Qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə —
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 49-1. Təhsil haqqında qanunvericiliyin pozulması
49-1.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni:
49-1.0.1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə;
49-1.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan fiziki və (və ya) psixoloji zorakılığa yol verilməsinə;
49-1.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə;
49-1.0.4. dövlət təhsil və elmi-tədqiqat qrantlarının təhsil müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə görə —
fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.


Maddə 49-4. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması
49-4.1. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına, yəni:
49-4.1.1. siyasi partiya tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə;
49-4.1.2. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi partiyalar tərəfindən qəbul edilməsinə;
49-4.1.3. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə;
49-4.1.4. ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etməyə görə -
fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

49-4.2. Bu Məcəllənin 49-4.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG