Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18

İsveçrə Pakistan prezidenti Zardarinin istintaqını bərpa etməyəcək


 Asif Ali Zardari

Asif Ali Zardari

İsveçrə hökuməti Pakistan prezidenti Asif Ali Zardariyə qarşı korrupsiya ilə bağlı istintaq işini bərpa etməmək qərarına gəlib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, İsveçrə prokurorluğu bu barədə dünən Pakistan hökumətinə rəsmi şəkildə yazılı məlumat verib.

Pakistan hökuməti ötən ilin noyabrında istintaqın bərpası ilə bağlı İsveçrəyə sorğu göndərmişdi.

Zardari dövlət fondundan milyonlarla dolları mənimsəmək və onları həyat yoldaşının İsveçrə banklarındakı hesabına köçürməkdə ittiham olunur.
İsveçrə hakimiyyəti bu məsələ ilə bağlı iddianın müddətinin artıq bitdiyini bəyan edib.

Zardariyə qarşı bu iş 1990-cı illərdə qaldırılıb, amma 2007-ci ildə amnistiya ilə ləğv edilib.
Amma Ali məhkəmə 2009-cu ildə istintaqın yenidən bərpa edilməsi barədə qərar qəbul edib və bu ölkə daxilində dərin siyasi böhrana səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG