Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:59

Elmlər Akademiyasının prezidenti dəfn olunub


Mahmud Kərimov (Foto: Wikipedia)
Mahmud Kərimov (Foto: Wikipedia)
-
Mahmud Kərimov I Fəxri xiyabanda torpağa tapşırılıb.

Onu son mənzilə dövlət və hökumət rəsmiləri, alimlər, yaxınları və dostları yola salıblar.

M.Kərimov bir müddət davam edən xəstəlikdən sonra ürək tutmasından vəfat edib.

M. Kərimov 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

AMEA PREZİDENTİ VƏFAT EDİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov vəfat edib. APA-nın xəbərinə görə, bu barədə məlumatı AMEA-nın vitse-prezidenti Arif Həşimov verib.

O bildirib ki, M. Kərimov bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi və fevralın 10-da səhər saatlarında vəfat edib.

Fevralın 9-da günorta saatlarında M. Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən, M. Kərimov vəfat edib.

M. Kərimov 18 oktyabr 1948-ci ildə Yerevanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.

O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
XS
SM
MD
LG